banner
banner

Sosİal

Bakı sakini kreditlə kondisioner aldı, başını bəlaya saldı - Video

Bakı sakini kreditlə kondisioner aldı, başını bəlaya saldı -
Kreditlə kondisioner alan şəxs onun işləmədiyini görüb. Mağaza, servis xidməti isə buna baxmayaraq ondan pul istəyib. Nəticədə, istehlakçı işləməyən kondisionerə görə kreditin aylıq ödənişini etməkdən boyun qaçırıb. İndi isə mağaza onu məhkəməyə verib. Qanun bu yerdə nə deyir?
 
Məcnun Kərimovun kreditlə aldığı kondisionerə 3 illik rəsmi zəmanət verilib. Bir müddət sonra isə kondisionerin xarab olduğunu görən Məcnun Kərimov mağazaya zəng edib.
 
Mağazanın tələbi ilə razılaşmayan müştəri kondisionerin aylıq ödənişini etməkdən imtina edib. Mağaza isə onu məhkəməyə verib.
 
Məcnun Kərimov başqa ustalar tərəfindən kondisionerə baxış keçirildiyini deyir. Ustalar, istehsal zamanı nöqsana yol verildiyi və mütləq dəyişilməli olduğunu bildiriblər. Mütəxəssislərə görə, mağaza tərəfindən istehlakçı hüququ pozulub.
 
Məcnun Kərimov bu il ərzində götürdüyü kreditin aylıq ödənişini etmədiyindən əsas borca faiz yazılıb. Mütəxəssislərə görə məhkəməyə müraciət etməklə o əsas borcdan da azad ola bilər. Yeni kondisionerlə təmin oldunduqdan sonra isə ödəniş mütləq qaydada təmin olunmalıdır.
 
 
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.