Müğənni Castin Biberin qonşuları ondan şikayətçidirlər. Əvvəllər evində səs-küylü partilər təşkil edib qonşuların narazılığına səbəb olan ifaçının bu dəfə cangüdənləri diqqət mərkəzindədirlər. Daima Castinin ətrafında olan cangüdənlər, hətta, evində də onu qoruyurlar. Qonşular Biberin evinin hərbi bazaya bənzədiyini və hər addımbaşı bir cangüdənə rast gəldikləri barədə şikayət ediblər. Onlar tezliklə bu vəziyyətin dəyişəcəyinə ümid edirlər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.