Bayram tədbirlərinin keçirilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi zərurəti yaranır. Bu baxımdan Dövlət Yol Polisi (DYP) gücləndirilmiş iş rejimində xidmətini davam etdirəcək.
Bu sözləri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Modern.az-a açıqlamasında deyib.
Vaqif Əsədov Yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunacaq tədbirlərin keçirildiyi yerlərin nəzarətə götürüləcəyini bildirdi.
“ Xüsusilə də tədbirlərin keçirildiyi ərazilərdə tövsiyyə edirik ki, şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin. Həmin ərazilərdə avtomobillərin park edilməsinin mümkünsüzlüyü var. Bu baxımdan sürücülər bunları nəzərə alsınlar və sıxlıq, tıxac yaranmasın. Həmçinin sürücülər Dənizkənarı Bulvar boyu, Neftçilər prospektində də avtomobillərin park edilməsinin mümkünsüzlüyünü nəzərə alsınlar. Yalnız həmin ərazidə Azadlıq meydanında yeraltı avtomobil duracağından istifadə etsinlər”.
Şöbə rəisi həmçinin sürücüləri bayram günlərində sərxoş halda avtomobilləri idarə etməməyə çağırıb.
“ Daha yaxşı olardı ki, sürücülər sürət həddini də minimuma endirsinlər. Avtomobillərin siqnallarından istifadə edib, istirahət edən şəxslərin narahatçılığa səbəb olmasınlar. Mənə elə gəlir ki, bayram günlərində həmrəyliyimizi qorumalıyıq. Həmçinin mən Yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün vətəndaşlarımızı təbrik edirəm. Hər bir hərəkət iştirakçısının yolu uğurlu və nurlu olsun”.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.