Azərbaycanlı model Günay Musayevanın gənc müğənni Elnur Hüseynovla sosial şəbəkədə yeni fotosu yayılıb.
ANS PRESS-in məlumatına görə, Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva “O səs Türkiyə” müsabiqəsində çıxışı ilə səs-küy yaradan gənc müğənni Elnur Hüseynovla birlikdə çəkilən fotoşəklini yayımlayıb.
Onların çəkdirdikləri “selfie” fotoşəkil qısa müddət ərzində çox sayda izləyici tərəfindən bəyənilib və rəylər yazılıb.
Qardaş ölkədə yaradıcılıq işləri ilə məşğul olan hər iki məşhurumuz geridə qoyduğumuz ilin dekabr ayında moda nümayişlərindən birində iştirak etmək üçün paytaxtımızın qonağı olmuşdular.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.