banner
banner

Dünya

“Məndən möcüzələr gözləməyin” - Antonio Quterreş

“Məndən möcüzələr gözləməyin” -

“BMT-nin qarşısında duran problemlərin həllində məndən möcüzələr gözləməyin. Dünyada qarşılıqlı konfliktlərin sayı artır. Nəticədə qlobal terrorizm artır və İkinci Dünya Müharibəsindən bu yana müşahidə edilməyən qaçqın köçü davam edir”. Bunu jurnalistlərə açıqlamasında BMT-nin yeni baş katibi Antonio Quterreş bildirib.

Antonio Quterreş BMT-ni qarşıda çox çətin sınaqların gözlədiyini bildirib: “Biz problemlərin qlobal olduğu və ölkələrin təkbaşına bunları həll edə bilməyəcəyi dünyada yaşayırıq. BMT hazırkı vəziyyətində qlobal çağırışlara effektiv reaksiya vermək vəziyyətində deyil. Ona görə də təşkilata təcili islahatlar lazımdır”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.