banner
banner

Dünya

Ağ Ev Ankaranın bəyanatını cavablandırıb

Ağ Ev Ankaranın bəyanatını cavablandırıb
ABŞ hərbçilərinin Türkiyənin İncirlik aviabazasından istifadəsinin məhdudlaşdırılması Vaşinqtonun İŞİD-lə mübarizədə Ankaraya göstərdiyi dəstəyə mənfi təsir edəcək.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
 
Onun sözlərinə görə, bu cür hərəkətlər “konduktora acıq vermək üçün piyada getmək” (özünə pis etmək) el deyimini xatırladır. Ernest bunun baş verməyəcəyinə ümid etdiyini bildirib.   
 
O, Türkiyənin NATO-nun çox mühüm müttəfiqi olduğunu və Vaşinqtonun Ankaraya əlavə dəstək təklif etməyə hazır olduğunu qeyd edib.   
 
Qeyd edək ki, Türkiyə baş nazirinin müavini Veysi Kaynak bundan əvvəl rəsmi Ankaranın ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin İncirlik hərbi bazasında yerləşməsinin məqsədəuyğunluğunu sual altına qoyduğunu bildirib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.