banner
banner

Gündəm

Terrorçuların İzmirdəki planı belə imiş - nazir AÇIQLADI

Terrorçuların İzmirdəki planı belə imiş -

Türkiyənin İzmir şəhərində terrorçular məhkəmə binasına daxil olmaq istəyirdilər.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

Nazir qeyd edib: "Bizim dəyərləndirməmizə görə, partlayışdan sonra terrorçulardan biri binaya qumbaratandan atəş açacaq, digəri isə əl bombaları ilə binaya daxil olacaqdı. Tank əleyhinə olan bu qumbara 1,5 metrlik divarı dəlib keçmək gücündədir".

B.Bozdağın sözlərinə görə, terrorçular əraziyə iki avtomobillə gəliblər. Avtomobillərdən birində partlayıcı qurğu, digərində isə terrorçular olub:

"Terrorçuların bu planının qarşısını polis əməkdaşı Fethi Sekin alıb".

Qeyd edək ki, yanvarın 5-də İzmirdə məhkəmə binasının qarşısında baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 1-i ağır olmaqla 10 nəfər xəsarət alıb. Partlayışdan sonra terrorçularla polislər arasında atışma olub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.