Dünyaca məşhur böyük bədən ölçülü model Eşli Qraham hesabından paylaşdığı foto ilə 150 mindən çox bəyənmə qazanıb. Afrikada dincələn model duş qəbul edən yerdən çəkdirdiyi şəklini İnstaqram hesabında yerləşdirib. Qısa zaman ərzində bəyənilən fotonu izləyicilər cəsarətli addım kimi qiymətləndiriblər. Ümumiyyətl, istirahətdə olduğu müddətdə Eşli bir-birindən maraqlı şəkilləri ilə sevənlərini təəccübləndirir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.