banner
banner

Dünya

Odda yanmaz, suda batmaz kağız kəşf olundu

Odda yanmaz, suda batmaz kağız kəşf olundu
Çinli alimlər maraqlı kəşfə imza atıblar.
Belə ki, Trend-in verdiyi məlumata görə, Çin Elmlər Akademiyası nəzdində Şanxay Keramika İnstitutunun professoru Çju İnçzenin başçılıq etdiyi tədqiqatçılar qrupu alovda yanmayan və suyun təsirinə davamlı kağız yaratmağa müvəffəq olublar.
 
Tədqiqatçıların fikrincə, bu nadir materialın dünyada analoqu yoxdur. Yeni yaradılmış qeyri-üzvi kağız kifayət qədər elastik, möhkəm struktura malikdir və ekstremal şəraitdə mexaniki zədələrə məruz qalmır. Müəlliflər artıq bu ixtiraya patent almaq üçün sorğu göndəriblər.
 
İxtiraçıların sözlərinə görə, yeni material 200 dərəcə Selsi temperatura davam gətirir. Kağız öz strukturu sayəsində mexaniki zədələndiyi halda belə suyu özünə hopturmur. Süd, qəhvə, şirə və ya çayla təmas zamanı material üzərində heç bir iz qalmır. Xüsusi mühüm sənədlərin saxlanılmasında, küçələrdə reklam lövhələrində bu materialdan istifadənin daha əlverişli olduğu bildirilir.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.