banner
banner

Sağlamlıq

Professor: "Bitki çayları doğru istifadə olunmadıqda zərər verir"

Professor: "Bitki çayları doğru istifadə olunmadıqda zərər verir"
"Bitki çayları doğru istifadə olunmadıqda faydadan çox, zərər verir".
Bunu Türkiyənin Yeditəpə Universitetinin professoru Ərdəm Yeşilada bildirib.
Onun sözlərinə görə, bitki çayları vitamin mənbəyi və bir çox xəstəliklərin müalicəsinə kömək edir. Amma tərkibi bilinməyən bitkilər istifadədən əvvəl mütləq araşdırılmalıdır: "Havaların soyuq keçdiyi qış aylarında xəstəliklərdən qorunmaq üçün immuniteti gücləndirmək vacibdir. Bu baxımdan cökə çayı, zəncəfil, adaçayı, itburnu kimi bitki çayları çox faydalıdır. Ancaq bitki çaylarından gözlənilən faydanı əldə etmək üçün məlumatlı şəkildə hazırlanmalıdır. Haradan toplandığı bilinməyən, açıqda satılan və məlumatsız şəkildə hazırlanan bitki çayları faydadan çox, zərər verir". 
Ə.Yeşilada deyib ki, düzgün şəkildə dəmlənmiş bitki çayları ilə immuniteti gücləndiurmək olar: "Həmin bitkilərin dəmlənməsindən 2-3 fincan qəbul etməklə orqanizmin məruz qaldığı bakteriyalara qarşı immuniteti gücləndirmək mümkündür".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.