banner
banner

Sosİal

"Ev neçə yerdən partlayıb" - Şamaxıda sürüşmə təhlükəsi - VİDEO - FOTO

"Ev neçə yerdən partlayıb" -
Şamaxıdakı yağan qarın əriməsi sürüşmə ərazilərində torpaq uçqunlarının baş verməsinə, evlərin və əkin sahələrinin yararsız vəziyyətə düşməsinə səbəb olub. 
 
ARB Şəki xəbər verir ki, Şamaxıdakı sürüşmə ərazilərində təkrar torpaq uçqunları baş verib. 
 
Rayon ərazisindəki ən təhlükəli sürüşmə ocaqlarının yerləşdiyi Mədrəsə qəsəbəsində baş verən torpaq axını yenidən aktivləşib. Evlərin divarlarındakı çatlar hər gün genişlənir. Artıq kəndə 7 ev qəzalı vəziyyətə düşüb ki, onların ikisində vəziyyət daha acınacaqlıdır. Hər gün yaşanan sürüşmə yaşayış evlərində açıq-aşkar şəkildə hiss olunmaqdadır. Bu səbəbdən sakinlər öz evlərində gecələməyə qorxurlar. 
 
Qalib Qəhrəmanov - Şanaxı sakini: "Ev neçə yerdən partlayıb. Qoca anamı, körpə uşağı heç yerə apara bilmirəm". 
 
Sürüşmə evlərlə yanaşı, vətəndaşlara məxsus əkin sahələrində də qeydə alınıb. Nəticədə sahələr yararsız vəziyyətə düşüb. Ərazidə əkin işlərinin aparılması mümkünsüzdür.
 
 
Отображается файл
 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.