Türkiyədəki dəhşətli terrorda azərbaycanlı izi - ŞOK
İstanbulda üstünə bağladığı bombanın partlaması ilə bir polisin şəhid olmasına, digərinin isə yaralanmasına səbəb olan 18 yaşlı çeçen əsilli rus vətəndaşı Diana Ramazovanın sirli hücum planının üstü açılıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Sultanahmet bombaçısı” kimi tanınan Dağıstanda yaşayan Ramazovanın 2 il əvvələ qədər Rusiyada ofisiant olaraq çalışdığı və 2013-cü ildə internetdə tanış olduğu Norveç vətəndaşı çeçen əsilli Abu Edelbijevlə tanışmasından sonra həyatının tamamilə dəyişdiyi məlum olub.
Elə həmin ildə Türkiyəyə gələn, daha sonra qeyri-qanuni yollarla Suriyadakı İŞİD düşərgəsinə qatılan Edelbijev Ramazova ilə 2014-də imam nikahı ilə evlənir.
Evləndikdən sonra çadraya bürünən Ramazova da İŞİD-ə qatılır, lakin döyüşlərdə iştirak etmir.
İŞİD-ə qarşı keçirilən əməliyyatda hava hücumu zamanı Ramazovanın əri öldürülür.
İŞİD “Ərini Türkiyə öldürdü. İntiqamını al” deyə Ramazovanı 2 əl bombası ilə Türkiyəyə göndərir. Buradan isə o, Rusiya vətəndaşı olan Azərbaycan əsilli qadınla İstanbula yollanır.
Hamilə olan gənc qadın İstanbuldakı, Rusiyadakı tanışları ilə Whats App programı vasitəsilə danışır. Elə onunla bağlı sirrlər də məhz bu yazışmalarından sonra üzə çıxır.
Ərinin intiqamını almaq üçün bombanı partladan Diana Ramazovanın kamera görüntülərində onun tərəddüd içərisində 2 dəfə hadisə yerini tərk edib, 3-cü dəfə isə bombanı işə saldığı görünür.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.