banner
banner

Dünya

Putinə görə 2 yaşlı Rəsulun adı dəyişdirildi

Putinə görə 2 yaşlı Rəsulun adı dəyişdirildi
Rusiyada yaşayan tacikistanlı ailə Rəsul adlı 2 yaşlı oğlunun adını dəyişərək Putin qoyub.
 
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Çuqayevlər ailəsinin bu addımı ölkədə böyük maraq doğurub. Məlum olub ki, uşağın adı babasının göstərişi ilə dəyişdirilib. Mətbuata açıqlama verən baba bu addımı Rusiya prezidentinə olan sevgisindən irəli gələrək atdığını deyib.
 
“Vladimir Putin mənim üçün dünyada bir nömrəli şəxsiyyətdir. O, güclü, ağıllı və çox savadlı adamdır. Nəvəmin xarici görüşünü ona bənzəyir. İstəyərəm ki, nəvəm də Putin kimi tarixi şəxsiyyət olsun”, -deyə baba vurğulayıb.
 
Qeyd edək ki, Rəsul Çuqayevin adı rəsmi şəkildə dəyişdirilərək şəxsiyyətini təsdiq edən sənəddə Putin Çuqayev kimi yazılıb.
 
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.