banner
banner

Dünya

Türkiyədə keçiriləcək referendumun vaxtı açıqlanıb

Türkiyədə keçiriləcək referendumun vaxtı açıqlanıb
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası konstitusiyada dəyişikliklər üzrə referendumun keçiriləcəyi tarixi açıqlayıb.
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, ümumxalq səsvermənin 26 mart-18 aprel tarixlərində keçirilməsi planlaşdırılır. Türkiyə Böyük Millət Məclisində (TBMM) Konstitusiya dəyişiklikləri barədə müzakirələrin birinci turu başa çatıb.
 
Dəyişiklik və əlavələrə dair təkliflərin içərisində ən önəmlisi olan 8-ci maddəyə əsasən prezidentə icra səlahiyyəti verilir. O, nazirləri və digər dövlət idarələrinin rəhbərlərini təyin edəcək, vəzifədən uzaqlaşdıracaq, vitse-prezidentləri müəyyənləşdirəcək. Prezident dövlətin milli təhlükəsizlik siyasətini müəyyən edəcək, Konstitusiya dəyişikliklərini referenduma çıxara biləcək.   
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.