Rusiyanın məşhur aparıcısı Aleksandr Qordon 4-cü dəfə ata olub. 20 yaşlı xanımı Noza Abdulvasiyeva ona daha bir övlad bəxş edib. Uşağın cinsiyyəti və adı haqqında hələ ki, məlumat verilmir. Aleksadrın ata olması xəbərini ilk dəfə doğuş həkimi İnstaqram səhifəsində qeyd edib. O, aparıcı və xanımının yeni doğulmuş uşaqları ilə fotosunu paylaşaraq, Qordonun ailəsinə həsəd apardığını vurğulayıb: “Elə mehriban ailədir ki… Qordon Nozaya çox nəzakətli davranır. Onu əzizləyir. Abdulvasiyeva da gənc olmasına baxmayaraq, çox ağıllı və güclüdür”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.