Piylənmə ilə mübarizə edir, beyini qoruyur. Siz də bu supervitamini tanıyın!
E vitamini 2 növ molekuldan ibarətdir - tokoferol və tokotrienol. Əsas qidaların və apteklərdə satılan E vitamini kapsulların tərkibində tokoferol var.
Tokotrienol daha nadir maddədir. Lakin yeni elmi araşdırdırmalar göstərib ki, məhz tokotrienol əsl supervitamin adlandırmaq olar. Tokotrienol çox güclü antiokidantdır, orqanizmi hüceyrə səviyyəsində bərpa edir, müxtəlif pozulmaların və xəstəliklərin, o cümlədən xərçəngin inkişafının qarşısını alır.
Alimlər xüsusilə vurğulayırlar ki, tokotrienol sinir hüceyrələrini qoruyur və onların bərpasını sürətləndirir.
Tokotrienol damarları və kapilyarları qoruyur, aterosklerozun qarşısını alır.
Tokotrienol dəri və sümüklər üçün də çox faydalıdır.
Araşdırmalar həmçinin göstərib ki, bu supervitamin süd vəzi, mədəaltı vəzi, prostat vəzi xərçənginin inkişafını ləngidir, xərçəng hüceyrələrinin məhv olmasını sürətləndirir, piylənmənin, şəkərli diabetin riskini azaldır.
Tokotrienolun əsas mənbələri qırmızı palma yağı, düyü kəpəyi, cücərdilmiş buğda, kokos, kakao yağı, arpa, soya kimi məhsullardır.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.