banner
banner

Dünya

Suriyanın İdlib şəhəri bombardman edilib: 6 ölü, 8 yaralı

Suriyanın İdlib şəhəri bombardman edilib:

Suriyanın şimal-şərqindəki İdlib şəhərinin kəndlərindən birinə edilən hava hücumu zamanı 6 uşaq həlak olub. 

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.  Məlumata görə, hava zərbələri zamanı 8 mülki şəxs yaralanıb. Şəhərin mülki müdafiə səlahiyyətlilərindən olan Leys əl Faris bildirib ki, hərbi təyyarə İdlibin şimalını bombardman edib. Təyyarənin hansı silahlı birləşməyə və ya orduya aid olduğu məlum deyil. Bombardman zamanı xəsarət almış yaralılar xəstəxanaya yerləşdirilib. 
 
Leys əl Faris bununla yanaşı, ABŞ-ın rəhbərrlik etdiyi hərbi koalisiyaya məxsus olduğu ehtimal edilən hərbi təyyarənin də İdlibdəki hərbi obyektlərdən birini bombardman etdiyini deyib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.