Kanada parlamenti ölkə vətəndaşlığının alınmasını sadələşdirən qanun layihəsini müzakirə edir.
Bu təkliflə Yeni Demokratik Partiyanın (NDP) deputatı Cenni Kuan çıxış edib.
Təklifə əsasən, uzaq qohumları Kanada pasportuna malik şəxslər belə vətəndaşlıq ala biləcəklər.
2017-ci ildə 300 min miqrantı qəbul etməyi planlaşdıran rəsmi Ottava bu rəqəmi 450 minə nəfərə çatdırmağı düşünür. Eyni zamanda vətəndaşlıq alamq üçün tələb olunan ingilis və fransız dili imtahanlarının da aradan qaldırılması təklif olunur.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.