"İdman Azərbaycan" telekanalının məşhur teleaparacısı İsmayıl Abdullayev telekanaldan ayrılıb.
CİA.Az milli.az-a istinadən xəbər verir ki, o, bu barədə öz Facebook səhifəsində bildirib. Aparıcı işdən çıxmağı ilə bağlı statusunda belə yazıb: "Artıq mən də "İdman Azərbaycan" TV və Azərbaycan dövlət televiziyasının sıravi tamaşaçısına çevrildim. 5 il yarım ərzində idman jurnalisti, aparıcısı və şərhçisi kimi fəaliyyətimdə əvəzsiz rolu olan bu telekanallardan, ən əsası yaxın qardaşlardan ayrılmaq çətin olsa da, qərarımı qətiləşdirdim. Azdan-çoxdan qazandığım təcrübəyə, uğura görə isə oradakı hər kəsə, bu müddət ərzində mənə dəstək olan və bəyənməyib tənqid edən hamıya da təşəkkürlər! Ümid edirəm haqqınızı halal edərsiz! Özüm isə, türklər demişkən "önümüzdeki matçlara bakıcaz"".
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.