|
İngiltərə millisinin sabiq futbolçusu Joleon Leskottun yeni klubu müəyyənləşib. 34 yaşlı müdafiəçi İngiltərə Premyer Liqası təmsilçisi "Sanderlend"ə transfer olunub. Bu barədə klubun saytı məlumat yayıb. O, mövsümün sonuna kimi "Sanderlend"də çıxış edəcək. Qeyd edək ki J.Leskott bundan əvvəl İngiltərinin "Everton" (2006-2009), "Mançester Siti" (2009-2014), "Vest Bromviç (2014-2015), "Aston Villa" (2012-2016) klublarında oynayıb. O, son olaraq Yunanıstanın "AEK" klubunun şərəfini qoruyub. Cia.az
|


