banner
banner

Şou

Maykl Ceksonun qardaşı baba olub

Maykl Ceksonun qardaşı baba olub

Tanınmış pol ulduzu Maykl Ceksonun qardaşı, 63 yaşlı Cermeyn Cekson ilk dəfə oğul babası olub.

Trend-in "Miror" qəzetinə istinadən verdiyi xəbərə görə, məşhurun oğlu kiçik Cermeyn və onun həyat yoldaşı ərəb əsilli Asa Soltan Rahmati yeni doğulmuş oğlanlarının adını Soltan Cekson qoyublar.

40 yaşlı televiziya ulduzu Asa Soltan Rahmati, həyat yoldaşı Cermeyn Ceksonla çox xoşbəxt olduğunu deyib. O bildirib ki, əsl səadət onların evlərinə övladları ilə birgə gəlib.

Bir neçə həftə öncə isə Cermeyn Ceksonun bacısı 50 yaşlı məşhur pop ifaçısı Cenet Cekson ana olub. Cenet Cekson tanınmış, ərəb əsilli iş adamı ilə ailə quraraq son illərdə səhnədən uzaqlaşıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.