Müğənni Beyonsun həyat yoldaşı, repçi və prodüser Cey Zi ilə aralarında olan münasibətlər yenidən gündəmə gəlib.
9 illik evli olan cütlüyün bu yaxınlarda boşanmaq haqqında qərar verdikləri iddia olunurdu. Ərinin tez-tez xəyanət etməsindən təngə gələn Beyonsun hətta ondan ayrı bir evdə yaşadığı bildirilirdi. Lakin bu gün qərb mətbuatı müğənninin həyat yoldaşına sonuncu dəfə şans verdiyi və cütlüyün birlikdə yaşamaq üçün yeni bir ev axtardığı barədə məlumat yayıb. Beyons artıq dəyəri 200 milyon dollara olan bir evi bəyənib və hazırda onu almaq barədə düşünür.
Qeyd edək ki, cütlüyün Blu Ayvi adlı bir qızları var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.