Müğənni Nadir Qafarzadə sənət fəaliyyəti ilə bağlı yeni planlarından söz açıb.
ANS PRESS-in məlumatına görə, müğənni Nadir Qafarzadə “Döy qapımı” adlı yeni mahnısı üçün klip çəkilişlərinə başlayır.
Sənətçinin bildirib ki, əgər hər şey istədikləri kimi olarsa, klip çəkilişləri üç ölkədə – Türkiyə, Gürcüstan və Azərbaycanda həyata keçiriləcək. Türkiyədə aranjiman olunan mahnının söz və musiqisi Tural Bayraməliyevə məxsusdur.
N.Qafarzadə yeni mahnısına çəkiləcək klipin tamaşaçılar tərəfindən bəyəniləcəyinə ümid edir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.