Türkiyənin tanınmış cütlüyü Vildan Atasevər və İsmayıl Hacıoğlu 5 illik ailə həyatlarına son qoyublar.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, 2010-cu ildə sadə bir mərasimlə nikaha daxil olan cütlük Ankara 5-ci Ailə Məhkəməsinin qərarı ilə ayrılıb. İlk prosesdə boşanan Vildan və İsmayıl bir-birlərinə hər hansı təzminat tələbi irəli sürməyiblər.
Qeyd edək ki, V.Atasevər və İ.Hacıoğlu “davamlı mübahisə və yola getməmə” iddiası ilə boşanıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.