banner
banner

Dünya

Velosipedi çılpaq sürmək istədi, cəzalandı

Velosipedi çılpaq sürmək istədi, cəzalandı
Avstriyanın Fillax şəhərində güclü şaxtada çılpaq vəziyyətdə velosiped sürən şəxsi saxlayıblar. Bu barədə “The Local” xəbər verib. 

Çılpaq kişi bu vəziyyətdə otelin qapısından içəri girmək istəyərkən diqqət çəkib. Bundan sonra o, otelin geniş zalındakı yanğınsöndürmə siqnalizasiyasını yandırıb. Yanğınsöndürənlər isə öncə yerdə o şəxsin paltarlarını və ayaqqabılarını tapıblar. O, velosipedə hoppanıb, qaçmağa çalışıb, amma daha sonra velosipedini də atıb. Polis kişini şəhərin mərkəzində yaxalayıb. Saxlanılan şəxs sərxoş vəziyyətdə olub və havanın temperaturunun -13 dərəcə olduğunu hiss etməyib. 

2016-cı ilin iyununda xəbər verildi ki, Böyük Britaniyada lüt velosipedçilərin yürüşü olub. 250 nəfərə yaxın könüllü Sautqempton və Bristol şəhərinə yığışıblar və 10 kilometrə yaxın məsafə qət ediblər. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.