banner
banner

İdman

Elxan Abdullayev: "Bu, kişi söhbətidir"

Elxan Abdullayev: "Bu, kişi söhbətidir"

“Neftçi”nin baş məşqçisi Elxab Abdullayev Topaz Premyer Liqanın 15-ci turunun “Qarabağ”a qarşı səfər oyunundan (1:1) sonra mətbuat konfransı keçirib.

Qol.az-ın xəbərinə görə, jurnalistlərlə söhbətdə o, matçla bağlı fikirlərini açıqlayıb.
 
- Fasilədən sonra ilk oyunlar çətin olur. Çempiona qarşı oynadıq. Gərgin matç keçdi. Hər iki komanda yaxşı oynadı. Maraqsız oyun kimi görünsə də, gərgin qarşılaşma idi.
 
- Namiq Ələsgərovun oynamaması nə ilə bağlı idi?

- Bu, qarşılıqlı razılaşmadı. O, “Qarabağ”a qarşı bu il oynaya bilməz. Bu, kişi söhbətidir.

- Kamal Qurbanovun planlarınızda olmadığını demişdiz. Amma onun adını bu oyunda “18-liy”ə saldınız.

- Onu Antalyaya da aparmışdıq. Təklif gəlsəydi, icarəyə göndərəcəkdik. Amma alınmadı. 
 
- Yeni transferlərinizin hamısı sizin istəyinizlə komandaya cəlb olunub?

- Başqa cür ola bilər? Əlbəttə.
 
- “Neftçi”nin dəyişdiyini demək olar?

- 0:1 uduzaraq hesabı bərabərləşdirsəydik, daha yaxşı olardı. Özümüzü tərifləməyək, heç-heçə etmişik. Tam qələbəyə də layiq deyildik. Heç-heçə ədalətli nəticə idi. 1:0 hesabını qorumaq da çətindir. Penalti epizodaları haqda və hakim barədə danışmayacam.
 
- Qarşıda “Qəbələ” və “İnter”lə oyunlarınız var. Bu matçlara psixoloji cəhətdən hazırsınız?

- Fərqi nədir ki, indi oynadıq, ya sonra. Təqvim hamı üçün eynidi. Mən burada ciddi heç bir şey görmürəm.
 
- Yeni transferiniz Barqasla bağlı nə deyə bilərsiniz?

- 30 yaşı var, təcrübəlidir. İnanıram ki, bizə faydalı olacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.