banner
banner

Dünya

Sərnişin Sakit okeanın üstündə təyyarədən enmək istədi

Sərnişin Sakit okeanın üstündə təyyarədən enmək istədi
Sidneydən Los-Ancelesə uçan təyyarədə qeyri-adi olay yaşanıb.
Axar.az xəbər verir ki, Avstraliyanın “Qantas” aviaşirkətinə məxsus təyyarə havaya qalxandan yarım saat sonra 49 yaşlı sərnişin Manuel Qonsales düşmək istəyib. Sərnişin cidd-cəhdlə qapını açmaq istərkən təyyarə 12 min metr yüksəklikdə olub. Hadisə 17 yanvarda, Aerbus-A380 təyyarəsində yaşanıb. Sərnişini zorla yerinə qaytara biliblər, daha sonra isə ekipajın 4 üzvü onun yanında qarovul çəkməyə məcbur olub.
 
İnsident səbəbindən təyyarə geri, Seula qayıdıb. Polisə təslim edilən sərnişini 10 il həbs gözləyir. Hazırda məhkəmə sərnişinin panikaya düşdüyü üçün, yoxsa ağlı başında olduğu halda bu addımı atmaq istəməsini araşdırır.
 
Mütəxəsislərin sözlərinə görə, Qonsales heç bir halda qapını açmağa müəssər olmayacaqdı. Çünki təyyarənin sürətindən yaranan hava təzyiqi qapının açılmasına imkan vermir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.