banner
banner

Sağlamlıq

Öskürəkdən qurtulmağın ASAN YOLU: soğan, limon, bal...

Öskürəkdən qurtulmağın ASAN YOLU:

Havanın soyuması və siqaretdən istifadə öskürək hallarının artmasına səbəb olur.

Öskürəyin inkişafının ən əsas səbəbi isə nəfəs borusu və ağciyərdəki xoşagəlməz tullantıların xaric olunmamasıdır. Lakin öskürəkdən sadə bir reseptlə xilas ola bilərsiniz. Bunun üçün evinizdə olan 3 ərzaqdan istifadə edin. Aile.lent.az öskürəkdən xilas olmağın ən asan yolu ilə sizi tanış edir.

Ərzaqlar:

- 3 stəkan su

- 1 dənə soğan

- 1 dənə limon

- 2 xörək qaşığı bal

Hazırlanması:

3 stəkan suyu dərin bir qabda qaynadın. Sonra soğanı soyub iki yerə bölərək qaynayan suyun içərisinə atın və 15 dəqiqə qaynadın. 15 dəqiqə tamam olduqda soğanı qazanın içərisindən çıxarın və suyu ilıqlanmağa qoyun. Su ilindikdən sonra içərisinə 2 şorba qaşığı bal və limon suyu əlavə edərək içə bilərsiniz.

Qeyd: Soğan qoxusunun qarşısını almaq üçün içərisinə darçın əlavə edə bilərsiniz.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.