banner
banner

Sosİal

Naxçıvanda 16 dərəcə şaxta qeydə alınıb

Naxçıvanda 16 dərəcə şaxta qeydə alınıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevralın 1-i gündüzdən fevralın 2-si səhərədək müşahidə olunmuş faktiki hava haqqında açıqlama yayıb.
Departamentdən APA-ya bildirilib ki, bu müddətdə ölkədə qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0.3-6, Böyük Qafqazda 0.3-8, Kiçik Qafqazda 1-2, Naxçıvan MR-da 0.6-1, Lənkəran-Astara zonasında 3-25, Mərkəzi Aran rayonlarında  2-14, Qazax-Gəncə zonasında 0-4 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında: Bakıda 29, Zabratda 17, Maştağada 11, Pirallahıda 2, Böyük Qafqazda: Sarıbaşda 67, Şamaxıda 28, Şəki, Kişçayda (Şəki) 27, İsmayıllıda 20, Altıağacda 18, Oğuz, Qəbələdə 13, Qubada 11, Zaqatalada 10, Xaltanda 9, Qusar, Xaçmaz, Balakəndə 6, Şabranda 3, Lənkəran-Astara zonasında:  Rvarudda 70, Lerikdə 59, Yardımlıda 32, Göytəpədə 21, Lənkəranda 17, Kəlvəzdə 14, Biləsuvarda 12, Astarada 6,  Kiçik  Qafqazda: Daşkəsəndə 21, Gədəbəydə 16,  Göygöldə 10, Naxçıvan MR-da: Ağdərədə 64, Şahbuz, Naxçıvanda 32, Şərurda 27, Ordubadda 3, Mərkəzi-Aran rayonlarında: Beyləqanda 24, İmişlidə 15, Cəfərxanda 12, Zərdab, Sabirabadda 10,  Qazıməmməd, Tərtər, Göyçayda 8, Mingəçevirdə 3, Salyanda 2, Kürdəmirdə 1, Qazax-Gəncə zonasında: Tovuzda 20, Ceyrançöldə 16, Ağstafada 10, Şəmkirdə 7, Gəncədə 3, Naftalanda 1 sm olub.
 
Havanın minimal temperaturu fevralın 2-də Bakıda və Abşeron yarımadasında 1-3, Aran rayonlarında 1-5, dağlıq rayonlarda 10-13, Naxçıvan MR-da 7-16 dərəcə şaxta təşkil edib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.