Rusiya Futbol Federasiyası Krım komandalarından imtina etməli olub.
ANS PRESS-in məlumatına görə, Federasiya Krım komandalarını özünün 1-ci divizion çempionatından xaric edib.
Qeyd edək ki, Ukraynanın Krım bölgəsini ilhaq edən Rusiya Krımın komandalarını da öz çempionatına qəbul etmişdi. Ukraynanın şikayətindən sonra UEFA Rusiyaya xəbərdarlıq etmişdi ki, bunun ağır nəticələri ola bilər.
Lakin, UEFA bununla yanaşı söz verib ki, Krımda xüsusi proqram həyata keçirəcək və Krım komandalarının çempionatını keçirəcək.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.