ABŞ-ın yeni birinci ledisi Melanya Trampın nümayəndələri onun Vaşınqtona gəlmək planının olmadığını, Nyu-Yorkda qalmaq niyyətində olması haqda informasiyaları təkzib edib. Cia.az xarici mediaya istinadən bildirir ki, məlumata görə, Donald Trampın həyat yoldaşı Vaşinqtona təhsil ili başa çatandan sonra, iyun ayında gələcək.
Bundan əvvəl məlum olub ki, birinci ledi 10 yaşlı oğlu Barronun bu təhsil ilini Nyu-Yorkda başa vurmasını gözləyəcək.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.