Mariupolda baş verənlər insanlığa qarşı cinayətdir".
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Pyotr Poroşenko çıxış edib.
Poroşenko Mariupolda terror aktı nəticəsində 30 nəfərin həlak olduğunu, 100-dən çoxunun isə yaralandığını bildirib. Prezident bu cinayətlə bağlı Haaqa Məhkəməsinə müraciət ediləcəyini qeyd edib.
Qeyd edək ki, şəhərin son günlər hücumlara məruz qalması Kiyev hökumətini hərəkətə keçirib. Separatçıların lideri Zaxarçenko Mariupolun azad olunmasını “ölən əsgərlərin xatirəsinə ən yaxşı hədiyyə” olacağı barədə açıqlama verib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.