banner
banner

Dünya

BMT baş katibi: “İŞİD taktikasını dəyişir”

BMT baş katibi: “İŞİD taktikasını dəyişir”
İŞİD terror təşkilatı ilə mübarizə son zamanlar müsbət nəticələr verir, lakin terror aktlarının törədilmə təhlükəsi hələ də yüksəkdir.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin baş katibi Antoniu Quterreş bəyan edib.
 
Onun sözlərinə görə, İŞİD getdikcə terror fəaliyyətini münaqişə regionlarından kənara, digər ölkələrin ərazilərinə köcürür.
 
“İŞİD taktikasını dəyişir, terrorçular müxtəlif dövlətlərdəki özəklərindən istifadə edir. Bu səbəbdən xüsusilə hava limanlarında, təyyarələrdə terror təhlükəsi olduqca yüksəkdir. Terrorçular sıralarına yeni üzvləri cəlb etmək, tərəfdarları ilə əlaqə yaratmaq üçün fəal şəkildə müxtəlif saytlar və sosial şəbəkələrdən istifadə edirlər. İŞİD maliyyə vəsaitlərinin 80%-i  neft və qaz satışı, eləcə də şantaj və reketlə məşğul olmaqla əldə edir”, deyə Antoniu Quterreş bildirib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.