banner
banner

Dünya

Bu toyuqların biri 2500 dollardır

Bu toyuqların biri 2500 dollardır
İndoneziyada dimdiyindən daxili orqanlarına qədər hər yeri qara olan “Ayam Cemani” cinsi toyuqlar böyük maraq görür.
Bu diqqətlə yanaşı, qiymətləri də hər keçən gün artmağa davam edir. Genetik bir mutasiya ucbatından bədənindəki tüklərdən, daxili orqanlarına qədər qapqara rəngdə olan toyuqların təkcə yumurta və qanları normal toyuqlarla eyni rəngdədir. Onların ecazkar bir görünüşləri olduğu deyilir. Günəş işığının altında ikən qapqara türklərinin arasında yaşıl işıltılar gözə çarpır. Bu nadir cinsin toyuqları 2 kilo, xoruzları isə 2.5-3 kilo arasındadır. Bir zamanlar ABŞ-da onların bir ədədi 2500 dollara satılırdı. 

Varlılar tərəfindən saxlanan, bəslənən bu qara kömür rəngdə olan toyuqların öz sahibinə daha çox sərvət və güc gətirdiyi, bəzənsə şans əlaməti olduğu deyilir. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.