banner
banner

Sosİal

Nazirlikdən vulkan açıqlaması

Nazirlikdən vulkan açıqlaması
“Hazırda “Otmanbozdağ” vulkanının yerləşdiyi ərazidə müvafiq ölçmə işləri aparılır”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev deyib.
 
O bildirib ki, hadisə baş verən ərazinin elə də böyük olmadığı üçün işlərin bu gün axşama qədər yekunlaşması gözlənilir .
 
Mütəxəssisin sözlərinə görə, ərazidə ümumən xaric olmuş direksiya qatının həcmi, qalınlığı, istiqaməti, yaranmış çatların istiqaməti və uzunluğu öyrənilir: "Hazırda ərazidə kənar aktivlik hiss olunmur, odlar tamamilə sönüb”.

C.Paşayev bildirib ki, vulkan püskürməsi zamanı yanan palçıq deyil, vulkan boğazında illərlə toplanan qaz kütləsidir, yəni yanan metan qazıdır: “Metan qazı illər uzunu toplanır, lokal zəlzələ baş verəndə süxurlar arasında sürtünmə nəticəsində qığılcım yaranır, həmin qığılcımdan metan qazı alışır və yüksək təzyiq altında yerin səthinə çıxır. Dünən baş verən vulkan püskürməsi hadisəsi nəticəsində alov sütununun hündürlüyü 200-250 metrə qədər qalxıb. Palçıq tullantıları təxminən 10-12 hektar ərazini əhatə edir, uzunluğu isə 350 metrdən artıqdır. Ərazidə cənub-qərb istiqamətində olan, uzunluğu 3-4 metrə çatan dərin çatlar var”.
 
O, əlavə edib ki, vulkan baş verəndən sonra zəlzələlərin olması təsadüfi deyil, çünki palçıq vulkanlar bilavasitə zəlzələlər ilə bağlıdır: “Yəni zəlzələ palçıq vulkanını oyadan amildir. Palçıq vulkanının oyanmasına səbəblərdən biri zəlzələlərdir”. 
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli də “Report”a bildirib ki, zəlzələlər vulkan püskürməsinə səbəblərdən biridir: “Dünən vulkan püskürməsindən sonra ölkə ərazisində iki zəlzələ qeydə alınıb. Amma demək olmaz ki, Qobustandan 23 km cənub-qərbdə, Şamaxı ərazisində zəlzələ qeydə alınan zəlzələnin vulkan püskərməsinə hər hansı təsiri var. Püskürmə hadisəsinə həmin əraziyə yaxın və ətraf ərazilərdə qeydə alınan vulkanlar təsir edə bilər”.
 
Qeyd edək ki, fevral ayının 6-da yerli vaxtla saat 12:20:40-da və 14:18:07-də Qaradağ rayonu ərazisində yerləşən "Otmanbozdağ" vulkanının 2 dəfə püskürməsi qeydə alınıb. 1-ci vulkanın davam etmə müddəti 3 dəq 23 san, 2-ci vulkanın davam etmə müddəti 6 dəqiqə olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.