"Qarabağ"ın müxtəlif yaş qrupları üzrə komandalarının məşqçiləri Hollandiyadan işgüzar səfərdən qayıdıb.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, səfər zamanı “Qarabağ”ın məşqçiləri idman direktoru Con van Loenin rəhbərliyi altında onun vətənində “Ayaks”, PSV, “Utrext” kimi klubların futbol akademiyalarında təlimlərdən keçib.
Bu səfər Hollandiya mətbuatının diqqətini cəlb edib və “Qarabağ”ın akademiyası haqqında bir sıra qəzetlərdə xəbərlər dərc edilib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.