banner
banner

Sosİal

Uşaqların internet asılılığı araşdırılacaq

Uşaqların internet asılılığı araşdırılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu uşaqlar və gənc nəsil arasında internet asılılığının fərdi-psixoloji aspektlərinin elmi tədqiqatına və psixometrik təhlilinə başlayır. Cia.az saytı xəbər verir ki, bu barədə Trend-ə eksklüziv olaraq institutdan məlumat verilib.

 

Məlumatda qeyd olunub ki, bu məqsədlər üçün profilaktiki metodlar və psixoloji vəziyyətin qiymətləndirilməsi proqramları mövcuddur. “İnternet asılılığını müəyyən mənada tütündən asılılıq, narkomaniya, alkoqolizm və s. kimi ziyanlı vərdişlərə aid etmək və müvafiq “müalicə” metodları müəyyən etmək olar”.

 

İnstitutdan həmçinin bildirilib ki, internetdə nə qədər vaxt keçirmək olar, bunun nə kimi fəsadları ola bilər kimi məsələlərlə əlaqədar ilkin məsləhətləşmələr keçirmək yolu ilə profilaktik metodlar da mövcuddur. “Günümüzdə internet asılılığı geniş miqyas alıb. İnsanlar müəyyən mənada virtual reallıqda yaşamağa başlayıblar. Bu isə fiziki və psixoloji pozuntulara gətirib çıxara bilər. Bu gün bir çox ölkə bu problemin tədqiqatı ilə məşğuldur”.

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.