|
" Çox vacib qələbə qazandıq. Çatışmazlıqlarımız var idi. Bunları normal qəbul edirdim. Optimal formamızdan uzaqığ. Amma futbolçular topla yaxşı davranırdı. “Zirə” düzgün müdafiə olunurdu. Amma düşündüyümüz kimi alındı. 2 vacib qolla qalib gəldik". Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Topaz Premyer Liqanın 17-ci turunda "Zirə" ilə oyundan (2:0) sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb. - Reynaldo komandadan ayrıldı. Dani Kintana da zədələndi. Çempionluq yolunda bunun sizə necə təsiri olacaq? - Belə oyunçunu itirmək o qədər də yaxşı hal deyil. Amma bu futboldur. Hər bir oyunçunun başına gələ bilər. Digər futbolçularıma güvənirəm. Düşünürəm ki, oyunu hiss etməkdə çətinlik çəkməyəcəyik. - Növbəti turda “Kəpəz”lə qarşılaşacaqsız. Gəncə stadionunun ot örtüyü bərbaddır. Bununla bağlı hər hansı bir təklifiniz olacaqmı? - Bununla barışacağıq. Belə bir təklif etməyimiz düzgün çıxmazdı. Çalışacağıq ki, oyunumuzu oynayaq və qalib gələk. - AZAL-la və “Neftçi” ilə oyunda hakim səhvləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Sizcə, bunları “Qarabağ”ı gözdən salmaq üçünmü edirlər? - Düşünmürəm ki, Azərbaycanda kimsə “Qarabağ”ı gözdən salsın. Mən həmişə çalışıram ki, komandada düzgün çalışım. Hər kəs öz fikrini deyə bilər ki, hakim səhvi oldu və s. Belə açıqlamalara fikir vermirəm. - Rəşad Sadıqovun durumu nə yerdədir? - Rəşadın 15 illik futbol təcrübəsi var. Düşünürəm ki, o, 3-4 ay onamasa belə, praktika tərəfdən problemi oynamayacaq və istənilən vaxt çıxıb, oynaya bilər. - “Qəbələ” ilə oyun “Qarabağ” üçün həlledici sayıla bilərmi? Cia.az
|


