banner
banner

Şou

Elza Seyidcahan kinoteatrda

Elza Seyidcahan kinoteatrda

“Addım Gənclər Təşkilatı” və “Park Cinema”nın tanınmış simalardan biri ilə kinoteatrlarda film izləmə ənənəsi davam edir. 

Axşam.az-ın məlumatına görə, film mədəniyyətinin təbliği məqsədilə hazırlanan “Kinoya ADDIM-la” layihəsi çərçivəsində növbəti ekran işinin nümayişi əməkdar artist Elza Seyidcahanla birlikdə həyata keçirilib. Layihə çərçivəsində gənclərin izlədiyi növbəti film "Ёлки лохматые" olub. 

Tədbirin əvvəlində "Addım GənclərTəşkilatı"nın sədri Hüseyn Cavadzadə çıxış edərək bu ildən layihənin dövlət dəstəyi ilə daha da genişlənəcəyini deyib.

E.Seyidcahan açıqlamasında ekran işi ilə bağlı fikirlərini bölüşüb:

"Heyvanları çox sevirəm. Hətta onlar üçün konsert də vermişəm. Bu gün ailə üzvlərimlə heyvanların əsas rolda oynadığı filmi izləmək inanılmaz zövq verdi. Məni belə filmlərə tez tez dəvət edin".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.