Özünə aid telekanalda “kediciklerim” (pişiklərim) dediyi gənc qadınlarla İslam dinini mübahisəli şəkildə şərh edən Adnan Oktar bu həftə sürprizlə qarşılaşıb.
ANS PRESS-in məlumatına görə, Oktarın, Görkəm hocam dediyi “kediciklerindən” biri proqramda keçəl başla iştirak edib.
Studiyadakı qadınlara dayanmadan komplimet deməsi ilə məşhur olan Oktar keçəl qızı da tərifləməkdən geri qalmayıb.
Adnan Oktar hətta onun barbadoslu striptisçi və model Ember Rouzdan (Amber Rose) daha gözəl olduğunu vurğulayıb.
Oktarın bu müqayisəsinə başda Görkəm hoca olmaqla bütün “kedicikler” maşallah – deyə cavab veriblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.