Telman İsmayılovdan 150 milyard rubl tələb edirlər
Moskvada Çerkizovski bazarının keçmiş sahibi Telman İsmayılovun kreditorları ondan 150 milyard rubl tələb edirlər. Cia.az xəbər verir ki, Virtualaz.org-un məlumatına görə, paytaxtın Arbitraj məhkəməsi artıq bu iş üzrə dinləmələrə başlayıb.
Qeyd edək ki, Çerkizovski bazarı 2009-cu ildə bağlansa da, T.İsmayılov öz kreditorları ilə hələ də hesablaşmayıb. Onlar İsmayılovdan 150 milyard rubl almağa iddia edirlər, ancaq hazırda kreditorların reyestrinə iddia üzrə təxminən 27,8 milyard rubl məbləğ daxil edilib.
O da bildirilir ki, borclunun aktivlərinin dəyəri təxminən 618 milyon rubl təşkil edir. Cia.az
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.