Müğənni Kənan Doğulu şəxsi həyatı ilə bağlı ilk dəfə geniş müsahibə verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, onun aktrisa həyat yoldaşı Beren Saatla bağlı verdiyi açıqlamalar daha çox maraq doğurub.
"Beren zəngin bir botanika bağçası kimidir. İçində növbənöv çiçəklər açır. Buna görə o, hər gün təkrar aşiq olunası qadındır. Mən də hər gün ona aşiq oluram".
Aktrisaya evlilik təklifindən də danışan ifaçı bildirib:
"Ona altı dəfə evlilik təklifi etdim. Fərqli-fərqli yerlərdə: sahildə, yeməkdə, konsertdə, filmdə. Berenə 6 üzük verdim. Hamısında da "Hə" cavabı aldım. Onsuz da müsbət cavab verəcəyini bilirdim. Biz bir-birini başa düşən cütlüyük. Bəzən eyni evdə, ayrı-ayrı otaqlarda bir-birimizə şeir yazırıq".
"Öpüşmə səhnələrində xanımınız qısqanırsınızmı" sualına Kənan belə cavab verib:
"Xeyr, qısqanmıram. Heç bir zaman olmadı və olmaz. Berenin də, mənim də məsləyimiz bəllidir. Mənim kliplərimdə, onun layihələrində, əlbəttə, həmkarlarımız olacaq. İkimiz də hisslərlə əlaqədar işlər görürük".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.