banner
banner

Sağlamlıq

Boğaz ağrısından qurtulmaq üçün SADƏ RESEPT

Boğaz ağrısından qurtulmaq üçün

Havalar soyuyan kimi əksəriyyətimiz adətən eyni problemlə üzləşirik – boğaz ağrısı ilə. Qışda tez-tez yaşanan boğaz ağrıları vaxtında müalicə edilməzsə, ciddi infeksiyalara çevrilə bilər. Əksərən yuxarı tənəffüs yollarına təsir edən boğaz ağrısı müalicə edilmədiyi halda udqunmada problem, yemədə və danışmaqda çətinlik yaradır. Ancaq bu, o demək deyil ki, boğazınız ağrıyan kimi dərhal antibiotik, müxtəlif dərmanlar qəbul etməlisiniz. Bir sıra sadə qabaqlayıcı üsullarla da boğaz ağrısından xilas olmaq çox asandır. 

Ərzaqlar:

1 stəkan isti su

2 çay qaşığı darçın

2 çay qaşığı bal

Hazırlanması:

İlk olaraq bir stəkan suyu yaxşıca qaynadın, isti suya darçını əlavə edib qarışdırın və ilıqlanmasını gözləyin. İlıq olmuş su və darçın qarışımına darçının ikiqatı qədərində bal əlavə edin. Balı darçınlı su ilıqlandıqdan sonra qatın, çünki isti su baldakı fermentlərin yox olmasına səbəb olur.

Son olaraq ballı darçınlı qarşımı süzgəcdən keçirin. Yatmadan əvvəl yarısını, səhər qalxanda isə yarısını için. 

Boğaz ağrısından tez bir zamanda xilas olacaqsınız.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.