banner
banner

İdman

Azərbaycan İraqla oyundan imtina etdi

Azərbaycan İraqla oyundan imtina etdi

AFFA iki ölkənin milli yığmaları arasında yoldaşlıq matçının keçirilməsindən imtina haqda İraq Futbol Assosiasiyasına məlumat verib. Cia.az saytı xəbər verir ki, virtualaz.org-un məlumatına görə, əvvəlcə  iraqlılar görüşü 18 martda keçirməyi təklif edirdilər. Əvvəlcə onlar Azərbaycan yığmasını Tehrana, harada ki, İraq milli komandası dünya çempionatı-2018-in seçmə oyunları çərçivəsində 23 martda Avstraliya ilə nəzərdə tutulmuş matça hazırlaşırlar, dəvət edirdilər. Ancaq sonra İraq tərəfi Bakıya gəlməyə razı idi və hətta, İraq saytlarının xəbərinə görə, AFFA-dan ilkin razılıq da almışdı. Lakin sonra Azərbaycan milli çempionatdakı sıx qrafikə istinad edərək, bundan imtina etdi: 18-19 martda Azərbaycan premyer-liqasının 23-cü turunun matçları olacaq, 20 martdan isə DÇ-2018-in seçmə oyunları çərçivəsində Almaniya ilə ayın 26-da Bakıda keçiriləcək matça hazırlıq başlayır.

İraq yığması sparinq-ortaq axtarışlarını davam etdirir. Xatırladaq ki, daha əvvəl İran, Livan və Tacikistan da iraqlılarla oyundan imtina edib.

Azərbaycanın yığması isə məlum olduğu kimi, 9 martda Dohada Qətər yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.