banner
banner

Dünya

Yediklərini İnstagramda paylaşdı, xəstəlikdən qurtuldu

Yediklərini İnstagramda paylaşdı, xəstəlikdən qurtuldu

Nyu Yorkun Bruklin əyalətinin sakini son bir il ərzində yediyi bütün yeməklərin fotosunu İnstagram hesabında paylaşıb. Bu barədə Lenta.ru saytı “Daily Mail”ə istinadən xəbər verib. 25 yaşlı Semi Meyn yediyi hər yeməyi sosial şəbəkədə paylaşmağa ortoreksiyadan (sağlam qidalanma ilə həddən artıq aludə olmaq) əziyyət çəkdiyini biləndən sonra başlayıb.

Xəstəliyin pik həddində qız iştahını itirdi, çəkisi 30 kiloya düşdü və bəzi qidaları mümkün ziyanına görə rasionundan çıxardı. Yediyi yeməklərin şəklini paylaşdığı mikrobluq Meynə öz qida rasionuna kənardan baxmağa yardım etdi. O, bu vərdişinə 2.5 il müddətində davam etdi və son bir ildə isə şəkilləri hər gün müntəzəm olaraq paylaşdı. Bu, öz effektini verdi: amerikalı 40-43 kiloya qədər kökəldi: “Zaman keçdikcə mənim yeməklərimin həcmi və dadı dəyişdi. Porsiyaları artdı”. 

O, etiraf etdi ki, “İnstaqram-müalicə” fikrinə özü düşməyib. Ona bu üsulu diyetoloq məsləhət görüb. Meynin sözlərinə görə, indi o, yeməyə güvənməyə başlayıb, amma bununla paralel düzgün qidalanma qaydalarına da sadiqdir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.