Buckingham Sarayı, İngiltərə Kraliçası II. Yelizavettanın 2.77 milyon təqibçini əhatə edən rəsmi Twitter hesabını idarə etmək üçün illik 30 min sterlinq olan məvacib ilə rəhbər axtarır.
Kraliçanın rəsmi veb səhifəsində yayınlanan iş elanında sürətli və dinamik bir heyətlə işləmək üçün bir digital ünsiyyət mütəxəssisi axtarılır. Verilən elanda qeyd olunan iş elanında aşağıdakılar qeyd olunur:
Tam ştatlı iş yeri Kral Ailəsinin rəsmi Twitter hesabını idarə etmək Kraliça və Kral Ailəsinin işlərini ictimaiyyətə çatdırmaq
Twitter hesabı ilə paralel Youtube və Facebook hesaplarını da idarə etmək Edilən rəsmi ziyarət və mərasimləri sənədləşdirmək Namizədlərin universitet təhsili alması, gələcəyə yönəlik planlarının olması, veb sayt idarəçiliyi ilə bağlı təcrübəsi, yenilikçi, yaradıcı olması və ya foto-video məsələlərində təcrübəsi böyük önəm daşıyır və bu, şərtlər sırasındadır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.