banner
banner

Dünya

Məktəblilərə konserv almaq tapşırıldı

Məktəblilərə konserv almaq tapşırıldı

Amerikanın Alabama ştatındakı Valley şəhərindəki məktəbin rəhbərliyi uşaqlardan konserv bankası gətirməyi xahiş edib. Onun bildirdiyinə görə, bu, qorunmaq üçün lazımdır. Konserv qutusunun çəkisi təxminən 200 qram olmalıdır.

Təxmin edilir ki, bu qutular sinif otağında saxlanılacaq və məktəbə hücum olarsa, bundan silah kimi istifadə ediləcək. Məktəbin direktoru Priscilla Holli hesab edir ki, bu cür silah məktəblilərə özünümüdafiə hissi aşılayacaq. Bundan başqa, mümkün olan hücuma qarşı müəllimlər şagirdlərə barrikada qurmağı da öyrədəcək. Bu zaman onlar sinfə cinayətkar daxil olarsa, özlərini qoruya biləcəklər. Yox, əgər cinayətkar bütün hallarda məktəbə daxil olubsa və rəhbərlik məktəbliləri evakuasiya etməyi çatdırmayıbsa, bu halda onlar hücumçulara dərsliklər vasitəsilə hücum edə bilərlər.

Holli bildirib ki, konserv qutuları lazım gəlməsə, ilin sonunda onları məktəbin yeməkxanasına təhvil verəcəklər. Məlumatda qeyd edilir ki, valideynlərin böyük qismi məktəb rəhbərliyinin bu addımını dəstəkləyir. 
Cia.az 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.