banner
banner

Gündəm

Martın 17-də admirala hökm oxunacaq

Martın 17-də admirala hökm oxunacaq

Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hakimlər hökm oxumaq üçün müavirəyə çıxıb və proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Artıq hökmün oxunacağı gün də bəlli olub. Ş.Sultanovun vəkili Telman Abdiyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, proses martın 17-i saat 11-ə təyin edilib.

Qeyd edək ki, Ş.Sultanov mənimsəmə və vəzifə-səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir. Dövlət ittihamçısı Ş.Sultanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.