banner
banner

Sosİal

Zəli qalmaqalı davam edir

Zəli qalmaqalı davam edir

Ekologiya və təbii sərvətlər naziri yanında yaradılmış İctimai Ekoloji Şuranın sədri Fikrət Cəfərov zəli qalmaqalına münasibət bildirib.

O, "Qafqazinfo"ya açıqlamasında bildirib ki, gömrük komitəsi müsadirə edilən zəlilərlə bağlı nazirliyə rəsmi müraciət etməli idi:

"Zəlilər nazirliyə təhvil verilməli idi. 25-30 min zəli həddindən artıq çoxdur, bu təbiətə ziyan vurmaqdır, cinayətdir. Nazir tapşırıq verdi ki, komitə tərəfindən hansı zəng olubsa, araşdırılsın. Kim deyibsə ki, zəlilərə baxa bilmərik həmin şəxs cəzalandırılsın. Araşdırma aparıldı. Məlum oldu ki nə komitə, nə də institut tərəfindən belə bir müraciət daxil olub. İnstitutun bu həcmdə zəli saxlamaq imkanı bizdə şübhə doğurur. Təklif etdim ki, komissiya yaradılsın və gedib yerində baxış keçirilsin. İki dəfə belə hal olub. Məsələ indi ictimailəşdirilib. Maraqlıdır, nəyə görə gömrük komitəsi qaydaları pozur?"

Qeyd edək ki, bu gün "Qafqazinfo"da 4 ay bundan əvvəl Gömrük Komitəsi tərəfindən qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılan 30 minə yaxın zəlinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə deyil, Zoologiya İnstitutuna təhvil verməsi ilə bağlı xəbər yayınlanmışdı.

Zoologiya İnstitunun direktor müavini Elman Yusifov bildirib ki, komitəyə zəlilərin təbiət elementi kimi sahibinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi olduğunu deyiblər:

"Gömrük Komitəsindən isə bizə cavab olaraq dedilər ki, zəliləri əvvəlcə nazirliyə aparıblar. Nazirlik isə deyib ki, zəliləri təbiətə buraxa bilərlər, saxlamaq üçün şəraitləri yoxdur, Şirvan Milli Parkındakı Qızılbaş gölünü təklif ediblər. Ora isə uyğun deyil.

Bundan sonra təkrar Komitə institutumuza müraciət etdi və biz bu işlə bağlı 6 nəfər mütəxəssis ayırdıq. Zəlilərə qulluq etdik. Çünki zəliləri süni şəraitdə saxlamaq çətin məsələdir. Hər gün onları təmiz bulaq suyunda dializ etmək lazımdır. Hava soyuq olduğu müddətdə biz onları institut daxilində saxladıq. Ancaq temperatur son zamanlar 10 dərəcəyə qalxdı və zəlilər ayılmağa başladılar. Və bu barədə Nazirliyə də məlumat verdik".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.