banner
banner

Gündəm

Bu gün FED qərarını verəcək

Bu gün FED qərarını verəcək

Bu gün ABŞ Mərkəzi Bankı Fed-in dünən başlamış iclası başa çatacaq.

Cia.az “Marja”ya istinadən xəbər verir ki, Fed faiz qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq. Fed-in faizi 0,75%-dən 1%-ə qaldıracağı gözlənilir.
Saat 22:30-da isə Fed sədri Janet Yellen medianın suallarını cavablandıracaq. İnvestorlar Fed-in faiz artıracağına 100% ehtimal verirlər. İndi əsas məsələ bu il Fed-in neçə dəfə faiz artıracağıdır.
Fed-in faiz qərarı açıqlanan zaman Dolların mühüm valyutalara qarşı məzənnəsi hərəkətli ola bilər.
Beynəlxalq kredit reytinqi agentliyi Moody's, ABŞ Mərkəzi Bankının (Fed) bu gün verəcəyi faiz qərarının pul siyasətinin sərtləşdirilməsi (faizin artırılması) yolundakı irəliləyişi müəyyən edəcəyini bildirib.

Moody's-dan edilən açıqlamada, Fed-in 14-15 Martda keçirilən iki günlük iclası başa çatdıqdan sonra bankın faizləri 25 bənd artıracağını gözlədiyini qeyd edib.

Açıqlamada Fed-in bu il 2 və ya 3 dəfə faiz artıracağının nəzərdə tutulduğu və faizi nisbətinin bu il 1,5-1,75% aralığına qədər yüksələcəyi bildirilib.

Amerika iqtisadiyyatının tam məşğulluğa nail olmağa yaxınlaşdığı vurğulanan açıqlamada, bunun artan maaşlara əks olunduğu qeyd edilib. Həmçinin inkişaf etmiş ölkələrdə inflyasiya faizlərinin artmağa başladığına diqqət çəkilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.